1 Sentyabr 2018 13:09
3 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda urologiya ilə bağlı xəstəliklərin sayı ildən-ilə artır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı statistika Astanada keçirilən uroloq və androloqların simpoziumunda açıqlanıb.

Bütün Qazaxıstandan və bir neçə MDB ölkəsindən olan mütəxəssislər kişilərə xas xəstəliklərin müalicəsi ilə bağlı təcrübə mübadiləsinin aparılması üçün Astanaya toplaşıblar.

Onlar bəyan ediblər ki, Qazaxıstanda praktiki olaraq hər üçüncü şəxs sonsuzdur, kişilərin 6 faizi isə potensiya zəifliyindən (impotensiya) əziyyət çəkir.

“Əlbəttə, bu əhalinin sayına da təsir göstərir. Biz pensiyaçılar haqqında danışmırıq, orta yaş qrupuna daxil olan kişilərdən danışırıq. Kişilərdə belə halları gizlətməklə bağlı yanlış təəssürat mövcuddur. Ancaq bunu heç vaxt gizlətmək lazım deyil, əksinə mütəxəssislərə dərhal müraciət etmək lazımdır”, – deyə Milli Elmi Tibb Mərkəzinin idarə heyətinin sədri Abay Bayqenjin deyib.

Astana Endoskopik Uroloqlar Cəmiyyətinin sədri Timur Muratov isə kişiləri müntəzəm müəyinədən keçməyə çağırıb.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər