Rəsmi Tehran İraqda şiələrə yaxın mənzilli ballistik raketlər verdiyi barədə KİV-ə yayılan xəbərləri təkzib edib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi bu xəbərin "yalan və qəbuledilməz" olduğunu bildirib.
"Bu informasiya region ölkələrinə təhlükə olduğu barədə fikir yaratmaq və İranı qorxutmaq üçün yayılıb. Bu, tamamilə yalan və gülməli məsələdir", - Qasımı deyib.