3 Sentyabr 2018 11:41
2 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İran, Türkiyə və Rusiya prezidentlərinin Tehranda keçiriləcək görüşünə xüsusi diqqət göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Yaxın Şərq üzrə israilli mütəxəssis Səmdar Beyri deyib.

Politoloq “Ray el Yevm” qəzetində dərc edilmiş məqaləsində rəsmi Təl-Əvivin Suriyanın İdlib bölgəsi ilə bağlı məsələsinin bu zirvədə həll ediləcəyinə inandığınıə bildirib:

“Son 3 ildə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə 7 dəfə görüşən İsrailin Baş naziri Binyamin Netanyahu Kremlə ümid edir. Netanyahu və Putin arasındakı əlaqələr sağlamdır. Lakin buna baxmayaraq, Rusiya Təl-Əvivin İranın Suriyadan çıxarılması tələbini yerinə yetirəcəyi vədini verməyib. Hələlik İran qüvvələrinin İsrail sərhədindən 100 km geri çəkilməsi ilə bağlı mediada yayılmışm məlumatlar öz təsdiqini tapmayıb. Rusiya bu barədə İsrailə vəd verib, amma hələlik susur”.

Politoloq qeyd edib ki, Rusiya Suriyada öz maraqlarını müdafiə edir və mövqelərini gücləndirir:

“İsrailə müəyyən vədlər verilib, amma hazırda Rusiyanın maraqlandıran əsas məsələ ABŞ-a qarşı öz mövqelərini gücləndirməkdir. Digər yandan, ruslar İranla strateji əlaqələrini gücləndirəcəyini bildirirlər. Beləliklə, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı başlatdığı qorxulu iqtisadi savaş Ankara, Tehran və Moskvadan ibarət yeni cəbhə formalaşdırır”.

İsrail KİV Rusiyanın keçən həftə Suriyanın Aralıq dənizi sahillərinə əlavə döyüş gəmiləri və hərbi texnika göndərməsini təsadüfi hesab etmir. Rusiyanın bu addımı Suriyaya ordu yeritməyə hazırlaşdığı iddia edilən Fransa, İngiltərə və ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlıq xarakteri daşıması kimi qiymətləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər