3 Sentyabr 2018 14:30
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Ayətullah Əli Xameneyi ölkəsinin Silahlı Qüvvələrini müdafiə mövqelərini gücləndirməyə çağırdı. Lakin Xamenyei müharibə ehtimalının yüksək olduğunu düşünmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, İran dini lideri bölgə ətrafında həssas vəziyyətin yarandığını deyib.

O, siyasi hesablamalara görə müharibə ehtimalının olmadığını, lakin istənilən vəziyyətdə döyüşə hazırlıqlı olmağın vacibliyini diqqətə çatdırıb: “Silahlı qüvvələr həssas olmalıdırlar, texniki və canlı qüvvələrini hazır vəziyyətdə saxlamalıdırlar”.

Qeyd edək ki, Xameneyinin açıqlamasında bir gün əvvəl İranın ABŞ-la mümkün müharibə ehtimalına qarşı ballistik raketlərinin taktiki və texniki xüsusiyyətlərini genişləndirilməsi haqda məlumatlar yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər