BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura təşkilatın Cenevrədəki ofisində keçirdiyi mətbuat konfransında İdlibdə keçirilən əməliyyatlarla bağlı narahatlığını ifadə edib.
Teleqraf.com xəbər verir ki, Staffan de Mistura Suriya böhranının müzakirələr yolu ilə həlli üçün imkanların tükənmədiyini qeyd edib.
"Türkiyə və Suriya arasındakı İdlib gərginliyi qan tökülmədən həll edilə bilər", deyən xüsusi nümayəndə Suriyanın taleyinin müəyyən edilməsində müxaliflərin də mövqeyinin nəzərə alınmasının vacibliyini irəli sürüb.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran rəsmiləri sentyabrın 14-də Cenevrədə Staffan de Mistura başda olmaqla Avropa dövlətlərinin siyasilərilə görüşəcəklər. Görüşdə Suriya məsələsi müzakirə ediləcək.