Pakistanın Kəraçi şəhərinin qərbində, Sind ticarət-sənaye zonası adlanan ərazidə yerləşən məscidlərin birində terror aktı olub. Partlayışda ölən və yaralananlar var.
Teleqraf.com “Sinxua” agentliyinə istinadən bildirir ki, partlayış nəticəsində 4 uşaq həlak olub, 16 nəfər yaralanıb.
Məlumatda bildirilir ki, naməlum şəxslər dini seminariyanın tələbələri Quran oxuyarkən məscidə bir neçə qumbara atıb. Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.