BMT Təhlükəsizlik Şurasının toplantısında ABŞ və İngiltərə Rusiyanı ittiham edib.
Teleqraf.com xəbər verir ki, Təhlükəsizlik Şurasında ABŞ, İngiltərə və Rusiyanın səfirləri arasında kəskin debat baş verib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Suriyada Əsəd rejiminin kimyəvi silahı olmadığını bəyan edib.
O bildirib ki, Dəməşqin kimyəvi silah saxladığına dair deyilən fikirlərinin mənbəyi yoxdur və bunlar sadəcə təbliğat xarakteri daşıyır.
Daimi təmsilçisi bildirib ki, bəzi Qərb ölkələrinin özlərinin həyata keçirdiyi hücumlara görə, Dəməşq və Rusiyanı ittiham edirlər:
“Gerçəkdən bütün dünyanın kor-koranə sizə inanacağını düşünürsünüz? Dəməşqin nə kimyəvi silahı, nə də bundan istifadə etmək planları var. Biz bu ittihamları terrorçuların yeni kimyəvi silah hücumu həyata keçirəcəyi və sonra buna görə Suriya rəsmilərinin günahkar elan ediləcəyi kimi başa düşürük”.
Böyük Britaniyanın BMT-dəki daimi təmsilçisi Karen Piyers isə rus səfirini həqiqəti qəbul etməyə dəvət edib:
“Biz Suriyadakı durumdan narahatıq. Təhlükəsizlik Şurasının Suriya problemini həllinə nədən bu qədər çətin olduğunu anlamadığını düşünürəm. Əgər toplantı və BMT üzv bir ölkəyə Kimyəvi Silahların Qadağan edilməsi müqaviləsinə əsasən davranış ortaya qoyarsa, bu zaman həll yolu tapılar. Təəssüf ki, üzv ölkələrdən biri müzakirələr zamanı bizə qarşı çıxış edir.
Bu anın həqiqəti odur ki, Suriya rejimi öz xalqına qarşı kimyəvi silah tətbiq etməsi təsdiqini tapıb. Bu səbəbdən də Rusiya səfirini həqiqətləri və mülki insanları qorumaq yoluna dəvət edirəm”.
Böyük Britaniya səfiri Rusiya təmsilçisini ABŞ, İngiltərə və Fransaya qarşı aqressiv davranmaqda ittiham edib.
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, Təhlükəsizlik Şurası üzvləri arasında Əsəd rejimini hesab verməkdən qorumaq üçün mübarizə aparanları görmək böyük bir utancdır.
ABŞ diplomatı əlavə edib ki, son dövrlər Rusiya Suriya sahillərində dəniz qüvvələrini gücləndirir: “Bu da Əsəd rejimini qorumaq üçün ön hazırlıqlardır. Əsəd rejiminin İdlibi boşaltmaq üçün kimyəvi silahdan istifadə etməyi planlaşdırdığına dair siqnallar var. Keçmişdə olduğu kimi Əsəd rejimi, onun müttəfiqləri olan Rusiya və İran Suriyada kimyəvi silah hücumunun arxasında kimin dayandığına dair yalanlar yayır.
Suriyada vətəndaş müharibəsi başlayandan bu yana Əsəd rejiminin dəfələrlə kimyəvi silah tətbiq edib, bu hücumlar zamanı 1500-dən çox mülki insanın öldüyü məlumdur. İngiltərə, Fransa və ABŞ kimyəvi silahdan istifadə edilməsinə qarşı hər cür tədbir görəcək”.