9 Sentyabr 2018 17:10
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Ziynət Sali konsertində qəfil halı pisləşərək səhnədə yerə yıxılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bəylükdüzündə verdiyi konsert zamanı vəziyyəti pisləşən müğənni dərhal kulisə aparılıb. Bir neçə dəqiqə sonra özünə gələn Ziynət Sali konsertinə davam edib.

Tamaşaçılara xitab edən müğənni vəziyyətdən “enerjiniz başımı gicəlləndirdi” deyərək çıxmağa çalışıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər