11 Sentyabr 2018 21:15
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Suriyanın İdlib əyalətində terror qruplaşmalarının mövcudluğuna son qoymaq üçün Rusiya, İran, ABŞ, Fransa və Böyük Britaniya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğluna görə, Suriyanın İdlib vilayətində terrorçu qruplaşmaların fəaliyyətinə son qoymaq üçün beynəlxalq əməkdaşlıq vacibdir.

Buxarestdə Rumıniya-Polşa-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında Çavuşoğluq əlavə edib ki, Suriya hökuməti siyasi həll səylərini nəzərə almayaraq, problemləri sırf güc yolu ilə nizamlamağa meyl göstərir. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik, amma bu məqsədlə dinc sakinlərin öldürülməsindən narahatıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər