13 Sentyabr 2018 09:10
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Suriyanı məhv etdi, İsraili isə təhdid altında saxlayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli "Foks Nyus" kanalına müsahibəsində deyib.

Nikki Heylinin sözlərinə görə, İran Yaxın Şərqdə öz ağalığı uğrunda müharibə aparır: "Bu səbəbdən nüvə razılaşmasından çəkildik. Biz İrana pul axıdırdıq və onun pis davranışına imkan yaradırdıq. Sanksiyaların təkrar tətbiqinə başladıq. Beləcə İran neftini hədəfə götürəcəyik və bunun mənfi təsirini real olaraq hiss etməyə başlayacaqlar.

İran vəziyyətin ağırlığını anlayır, zəifləyir. Bu ölkə ballastik raket problemini yoluna qoyana, terrora dəstəyini kəsənə qədər onu boğmağa davam edəcəyik".


Müəllif: Mahir

Oxşar xəbərlər