20 Avqust 2014 13:56
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfalət içində yaşayan Ermənistanda kişilərin özlərini öldürürlər. Ailəsini dolandıra bilməyən və ölkəni tərk etmək imkanı olmayanlar çıxış yolunu o biri dünyaya köçməkdə görürlər.

Ermənistanın Milli Sağlamlıq İnstitutu ölkədə intiharların statistikasını açıqlayıb. Boşalaraq təxminən 1,3 milyon əhalisi qalan ölkədə özünə qəsd edənlərin çoxu kişilərdir.

2013-cü ildə intihar edən 67 nəfərin 43-ü kişi, 24-ü qadındır. 2012-ci ildə baş verən intiharların sayı 79-a çatıb ki, burada da kişilər üstünlük təşkillik edirlər. Özünü öldürənlər kişilərin sayı qadınlarla müqayisədə 39 nəfər çoxdur. Yəni 59 erməni kişisi intihar edibsə, 20 erməni qadını bu addımı atıb.

İnstitutun məlumatına görə, intihar faktları daha çox 30-39 yaş arasında olan erməni kişiləri arasında qeydə alınıb. Digər yaş qruplarında isə bu rəqəmlər qeydə alınıb: 70 yaş - 7 hadisə, 60-69 yaş - 7 intihar, 50-59 - 7 intihar, 40-49- 5 intihar, 20-29 - 4 intihar, 15-19 2 intihar, 5-14 yaş - 1 intihar.

Qadınlar arasında ən yüksək göstərici 70 yaş qrupunda qeydə alınıb. Keçən il 70 yaşlı erməni qadınların 9-u özünü öldürüb. Yerdə qalan yaş qruplarında bu göstəricilər qeydə alınıb: 20-29 yaş – 1, 40-49 yaş - 5, 50-59 yaş - 5, 60-69 yaş – 4 hadisə.

2012-ci ildə də erməni kişilərin əsasən aktiv yaşlarda ( 30-39 yaş - 13 intihar, 40-49 yaş - 13 intihar ) yaşamaqdan bezdiklərini nəzərə alsaq, statistikanın Ermənistan əhalisinin yaşayışın artıq dözülməz olduğunu göstərir. Ailəsini dolandırmaq məcburiyyətində olan erməni ailə başçısının yaşamaqdan bezməsi onu intihara sürükləyir.

Eyni ildə eyni yaş qrupunda (30-39 yaş - 4 intihar hadisəsi) intihar edən qadınların sayı yetərincə azlıq təşkil edir. Eyni intihar hadisəsi 70 yaşlı erməni qadınları arasında qeydə alınıb.

2013-ci ildə ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 xəstənin intihara cəhd hadisəsi qeydə alınıb ki, bunun da 27-si ölümlə nəticələnib. Ruhi xəstələrin 45-i 2012 -ci ildə suisidə cəhd edib, bunlardan 17-nin həyatını xilas etmək mümkün olmayıb.

/anspress/


Müəllif: