Roma papası Frensisk Siciliyaya səfəri çərçivəsində yerli əhali qarşısında çıxış edib.
Teleqraf.com “Royter”ə istinadla xəbər verir ki, Roma papası xalqı mafiya ilə əlaqələr və kriminal əməllərdən çəkinməyə çağırıb.
“Kişilər və qadınlar sevgi üçündürlər”, – kimi ifadələr işlədən papa Siciliya əhalisini düz yola dəvət edib:
“Tanrıya inanan insanlar mafiyaya inana bilməz. Əziz bacı və qardaşlarım, kriminal əməllər törədən şəxs heç zaman əsl xristian kimi yaşaya bilməz. Çünki onun həyatı Tanrı əleyhinə günahlarla doludur. Mən mafiyaya səslənirəm. Əziz bacı və qardaşlarım, dəyişin!”
Qeyd edək ki, Roma Papası Siciliyaya səfəri zamanı 1993-cü ildə buraya rahib təyin edilmiş Pino Puglisinin qərini ziyarət edərkən çıxış edib. Pino Puglisi isə 1993-cü ildə Siciliyada mafiya əleyhinə çıxsışlarına görə güllələnib.