16 Sentyabr 2018 16:33
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Azadlıq Təşkilatı (FƏT) ABŞ-ın Beynəlxalq Məhkəmə ilə bağlı açıqlamalarını Vaşinqton hökumətinin beynəlxalq hüquqa müdaxiləsi kimi qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, Fələstin rəhbəri Mahmud Abbasın iştirakı ilə keçirilən FƏT-in icra komitəsinin toplantısında belə mövqe səsləndirilib.

“ABŞ hökumətinin İsrailin hərbi cinayətlərinə dəstək verməsi, Beynəlxalq Məhkəmə və onun baş hakimini təhdid etməsi beynəlxalq hüquqa müdaxilə və sayğısızdıqdır”, - FƏT icra komitəsinin bəyanatında deyilir.

Xatırladaq ki, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Bolton verdiyi açıqlamada Beynəlxalq Cinayət Məhkəməsini ABŞ-ın müstəqilliyini və maraqlarını təhdid etməkdə ittiham edib.

Bildirib ki, ABŞ bu strukturla əməkdaşlıq etməyəcək.

O, prezidentin adından danışaraq əlavə edib ki, ABŞ öz haqlarını və müttəfiqlərini (İsraili) məhkəmə qərarlarından qoruyacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər