19 Sentyabr 2018 13:01
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vətədaşlıq almaq şərtləri sadələşdirildi.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, qərara əsasən, vətəndaşlıq almaq üçün dövlət rüsumu 2 milyon dollardan 500 min dollara endirilib.

Həmçinin vətəndaşlıq almaq istəyən xaricilərin ölkədə daşınmaz əmlak üzrə mal varlığı 1 milyon dollardan 250 min dollara qədər aşağı salınıb. Ölkədə şirkət quran xaricilərdən vətəndaş olmaq üçün əgər əvvəllər 100 işçisi olması tələb olunurdusa, hazırda bu say 50-nəfərə qədər endirilib. Bank hesabları üçün tələb olunan 3 milyon dollar 500 min dollara qədər azaldılıb.

Qeyd edək ki, bir müddət öncə Jerard Depardye Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini və türk vətəndaşı olmaq arzusunu bildirmişdi.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər