NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-a səfəri çərçivəsində əminliklə dedi ki, Gürcüstan Atlantik İttifaqına üzv olacaq. Amma bu o qədər də asan deyil.
Teleqraf.com xəbər verir ki, bunu rus hərbi ekspert Viktor Litovkin deyib.
Onun sözlərinə görə, mövcud Cənubi Osetiya və Abxaziya münaqişələri Gürcüstanın NATO-ya gedən yolunu birdəfəlik bağlaya bilər:
“Gürcüstan indiki şərtlər daxilində NATO-ya üzv olmaq istəsə, bu halda Cənubi Osetiya və Abxaziyadan imtina etməlidir. Bu isə o deməkdir ki, Gürcüstan bununla bu bölgələri itirəcək. Lakin Gürcüstanda milli qürur var və bu ona həmin bölgələrdən imtina etməyə imkan vermir”.