20 Sentyabr 2018 21:16
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün ermənilərin katolikosu və Paşinyan arasında qarşıdurma sona yaxınlaşır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin verdiyi məlumata əsasən, Ermənistanın hazırki hakimiyyəti ilə katolikos II Qaregin arasında sonda razılaşma əldə edilib.

Razılaşmaya görə, katolikos II Qaregin öz şəxsi istəyi ilə dini vəzifəsini təhvil verməli və bəhanə kimi səhhətində problemləri göstərməlidir. Bundan sonra isə katolikos vəzifəsinə Paşinyanın tərəfdarı olan dini rahib təyin ediləcək.

Qəzet xəbər verir ki, son günlər bütün ermənilərin katolikosunun sağlamlığından şikayət etməsi və fəaliyyətsizliyi razılaşma barədə şübhələri daha da artırır.

II Qareginin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan məsələni belə şərh edib: “27 illik müstəqilliyimiz və 3-cü respublika dövründə heç bir istisnasız bütün hakimiyyətdə olan qüvvələr erməni kilsəsinə və onun katolikosuna xüsusi hörmət və ehtiram göstərməlidir”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər