İran Prezidenti Həsən Ruhani Rza Fərəci Dananı elmi və maarifləndirmə məsələləri üzrə müşaviri təyin edib.
Elm, tədqiqatlar və texnologiyalar naziri olmuş R.F.Dana İran parlamentinin H.Ruhani dövründə vəzifədən kənarlaşdırdığı ilk nazirdir.
Xatırladaq ki, bu gün İran parlamenti elm, tədqiqatlar və texnologiyalar naziri R. F. Dananın impiçmentini elan edib.
Belə ki, nazir bu gün İran parlamentinin iclasında deputatların suallarına cavab verərkən ona qarşı impiçment elan edilib.
145 deputat impiçmentin lehinə, 110-u əleyhinə səs verib, 15-i isə bitərəf qalıb.
Tənqidçilər naziri akademik mühiti siyasiləşdirməkdə və ölkənin bəzi siyasətçilərini öz müşaviri təyin etməkdə günahlandırırlar.
/trend/