Kremlin sözçüsü Dmitri Peskov “İl-20” təyyarə qəzası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədin zənglərinə cavab vermədiyinə dair yayılan xəbərləri təkzib edib.
Teleqraf.com “Sputnik”ə istinadla xəbər verir ki, Dmitri Peskov İsrail mediasının iddiasının həqiqətə uyğun olmadığını deyib: “İsrail mətbuatındakı xəbərlərə inanmayın”.
Qeyd edək ki, İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Katsın iddiasına görə Suriyada 15 rus əsgərini daşıyan təyyarənin vurulması olayından sonra Rusiya lideri Vladimir Putin Bəşər Əsədin telefonlarına cavab vermir.