İran Əhvazda baş verən terror aktına görə yerli terrorçu qruplaşmaları və onların havadarı olan ABŞ-ı günahlandırıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif danışıb:
“Terror aktını muzdlular xarici dəstəyin köməyi ilə ediblər. Yerli terrorçuların sponsoru və havadarı amerikalılardır”
İranın İnqilab Keşikçiləri təşkilatının (SEPAH) sözçüsü Ramazan Şərif isə terror aktının əl-Əhvaziyə terror qruplaşması tərəfindən Səudiyyə Ərəbistanının dəstəyi ilə həyata keçirildiyi ehtimalına üstünlük verib.
Qeyd edək ki, terror aktı törədilən ərazidə İran prezidenti Həsən Ruhani də olub və hadisə yerindən uzaqlaşdırılıb.
Son məlumatlara əsasən, Əhvazda hərbi parad zamanı baş verən terrorda 11 nəfər həlak olub, 20 nəfərdən çox yaralı var.