22 Sentyabr 2018 16:28
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyədə FETÖ araşdırması çərçivəsində həbs edilən NASA əməkdaşı Sərxan Kölgənin azad olunmasını istəyir.

Teleqraf.com xəbər verir ki, Türkiyə məhkəməsi Kölgənin cəzasını azaldıb.

ABŞ Dövlət Departamenti bu addımı yüksək qiymətləndirib, ardınca NASA əməkdaşının dərhal azad olunmasını istəyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauret bildirib ki, Sərxan Kölgə ilə birlikdə Türkiyədə həbs edilən bütün ABŞ vətəndaşları və ABŞ konsulluğunda işləyən personalla bağlı məhkəmə proseslərini yaxından izləyirlər.

Qeyd edək ki, Vaşinqton Türkiyədə həbs edilən ABŞ vətəndaşları arasında rahib Endryü Brunsondan sonra ən çox üzərində durduğu şəxs Sərxan Kölgədir.


Müəllif: Cavad

Oxşar xəbərlər