Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfər edəcək.
Teleqraf.com xəbər verir ki, o, BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Amerikaya gedir.
Qeyd edək ki, Paşinyan ABŞ Prezidenti Donald Trampla görüşmək istəsə də, Ağ Ev onun proqramının sıxlığına görə Ermənistan baş nazirini qəbul edə bilməyəcəyini açıqlayıb.