İran Xarici İşlər Nazirliyi 29 nəfərin həyatını itirdiyi Əhvazdakı terror aktı ilə əlaqədar Böyük Britaniya, Danimarka və Hollandiyaya müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə müraciət İran XİN-in rəsmi nümayəndəsi Bərham Qasıminin adından yayımlanıb.
Qasımi bildirib ki, aktı həyata keçirən Əhvaz qruplaşması Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməlidir:
“Belə qruplaşmaların terror siyahısında yer almaması qəbuledilməzdir. Avropa İttifaqı bu addımı atmalıdır”.
Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində baş vermiş terror aktında 29 nəfər həlak olub, çoxlu sayda yaralı var.
Aktın məsuliyyətini Əhvaz qruplaşması öz üzərinə götürüb.