24 Sentyabr 2018 22:43
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donald Tramp Ruhani ilə görüşmək üçün təklif gözləyir”

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.

BMT-nin bu həftə keçiriləcək 73-cü sessiyasında Ağ Ev rəhbərinin İran prezidenti ilə görüşmək istədiyini qeyd edən diplomat “president Tramp hər an kimləsə görüşməkdən olduqca məmnun olur və bu məsələdə çox açıq fikirlidir” deyə açıqlama verib.

“Tələb Ruhanidən gəlməlidir” deyə vurğulayan Pompeo təkliflərə açıq olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 73-cü sessiyasına sentyabrın 25-də start veriləcək.


Müəllif: Mirvari Əzizova