İŞİD Mərkəzi Asiyada xilafət qurmaq istəyir.
Teleqraf.com xəbər verir ki, belə bir açıqlama ilə MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov çıxış edib.
“İssık-Kul Antiterror 2018” təlimləri çərçivəsində MDB-nin təhlükəsizlik orqanlarının rəhbərlərinin görüşündə Mərkəzi Asiyada terrora qarşı mübarizə barədə fikir mübadiləsi aparılıb.
Toplantı zamanı çıxış edən Qırğızıstanın baş nazirinin müavini Jeniş Kazakov iştirakçıların diqqətini Mərkəzi Asiyada güclənən terror təhlükəsinə yönəldib:
“Təssüflər olsun ki, ölkəmizə Əfqanıstandan gələn terror təhlükəsi olduqca güclənir. Bizim kəşfiyyat orqanlarımızdan aldığımız məlumatlara əsasən, buradakı terrorçu qruplaşmalar Mərkəzi Asiyada genişlənməyə çalışırlar. Bu da həm bizim regionda, həm də MDB ölkələri arasında terror təhlükəsini uzun müddətli edir”.