Çin və ABŞ soyuq müharibə ənənələrindən yan keçə bilərlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər naziri Van İ ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerlə görüşü zamanı deyib:
“Pekin həmişə Vaşinqtonla uzunmüddətli və stabil əlaqələrin tərəfdarı olub. Çin və ABŞ rəqabət apara bilər. Amma onlar soyuq müharibə ənənələrindən qaçmalıdırlar”.
Diplomatın fikrincə, ABŞ-da bəzi qüvvələr Pekin-Vaşinqton əlaqələrinə zərbə vurmağa çalışır və bunu bacarırlar: “Əgər belə davam edərsə, bu, ABŞ-ın Çində və beynəlxalq aləmdə nüfuzuna xələl yetirəcək”.