27 Sentyabr 2018 15:06
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon rəhbəri Ceyms Mettis İran və Venesuela ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Rumınya müdafiə naziri Mixail-Viorel Fiforla birlikdə mətbuat konfransı keçirən Metis jurnalistlərin suallarını cavablandırıb.

“Venesuella ilə müharibə olacaqmı?” sualına diplomatın cavabı belə olub:

“Hələ ki yox. Amma bir planımız var. Oraya təcili yardım gəmisi göndərəcəyik”

Qeyd edək ki, bir müddət öncə Donald Trampın “Maduronu hərbi zərbəylə asanlıqla yıxa bilərik” açıqlaması yaxın zamanda iki ölkə arasında müharibə olacağı rəyini yaratmışdı.

Bundan əlavə Ceyms Mettis İranla Suriyadakı qarşıdurmaya da aydınlıq gətirib: “Yəməndəki, Livandakı hadisələrdən Əsədin iqtidarda qalmasına qədər hər şeyə onlar səbəb oldular. Bu müharibənin davam etməsinin səbəbi onlardır. Bu faciə davam elədikcə müttəfiqlərimiz və biz qətiyyətlə eyni nöqtədə dayanacağıq”


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər