Poroşenko bütün ukraynalıları pis vəziyyətdə qoydu, onun 5 illik prezidentliyi demək olar ki, Ukrayna xalqı üçün itirilmiş illərdir. Halbuki Avropanın yeni Çörçili ola bilərdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili “NewsOne” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Petro Poroşenkonun “xidmətləri” nəticəsində bir neçə milyon insan xaricə üz tutub: “Prezidentsə bu müddətdə zənginləşmək üçün hakimiyyətdən istifadə etdi. Ona çox inanırdım, o məni məyus qoydu.
Mən Poroşenkoya yeni ad günündə mühakimə olunanda onu müdafiə edəcək yaxşı vəkili tapmağı arzulayıram”.
Mixail Saakaşvili hesab edir ki, Ukrayna prezidentini dövlətə xəyanətdə, korrupsiya və Ukraynanın çoxmilyardlı əmlakının oğurluğunda mühakimə etmək lazımdır.