29 Sentyabr 2018 12:39
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Traktor” futbol klubu növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, super liqa yarışlarının 8-ci həftəsində keçirilən görüşdə “Traktor” Xuzistanın “İstiqlal” komandasını 6 cavabsız qolla məğlub edib.

Qollar oyunun 20-ci dəqiqəsində Əli Abdullazadə, 34, 40, 64 və 83-cü dəqiqələrdə Antoni Stoks və 90-cı dəqiqədə Əşkan Dejaqe tərəfindən vurulub.

Qələbədən sonra Təbriz təmsilçisi turnir cədvəlində yerini bir qədər də yaxşılaşdıraraq, 13-cü pilləyə qalxıb. Rəqib isə 7-ci pillədə yer tutur.

Görüşdə 40 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib və 90 dəqiqə ərzində “Azərbaycan var olsun – İstəməyən kor olsun” kimi şüarlar səsləndiriblər.

“Traktor” tərəfdarları qeyri-fars dillərin məktəblərdə tədrisinə icazə verən İran Konstitusiyasının 15-ci maddəsinin icra olunmamasına da etirazlarını bildiriblər. Ana dilində təhsil tələb edən soydaşlarımız oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarını səsləndiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər