Rusiya bütün mümkün "qırmızı xətləri" keçib və adekvat cavaba layiqdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Ukraynanın "Yeni vaxt" nəşrinə müsahibəsində deyib.
O, Rusiyaya təmkinliliyini saxlamaq üçün yollar təklif edib: “Hesab edirəm ki, Qərb, xüsusən ABŞ Ukrayna ordusunu dəstəkləməlidir. Xoşbəxtlikdən, biz avropalı müttəfiqlərimizlə Rusiyaya qarşı birgə sanksiyalar barədə razılaşa bildik və düşünürəm ki, bunu davam etmək lazımdır”.