Əfqanıstan milli müdafiə qüvvələrinin, təhlükəsilik orqanlarının və Hərbi Hava Qüvvələrinin birgə keçirdikləri əməliyyat nəticəsində son sutka ərzində ən azı 57 terrorçu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat ölkənin 13 əyalətində keçirilib. Öldürülənlərdən əlavə 8 terrorçu yaralanıb. Həmçinin yaraqlıların silahları da məhv edilib.