Böyük Britaniya hüquq mühafizə orqanlarının Solsberi hadisəsi ilə əlaqədar kimliyini öyrənmək üçün apardığı araşdırmalar nəticə verib.
Teleqraf.com xəbər verir ki, Aleksandr Petrov adı ilə Britaniyaya gələn Rusiya vətəndaşının əsl adının Aleksandr Mişkin olduğu üzə çıxıb.
Bildirilir ki, Mişkin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin zabitidir.
Qeyd olunur ki, 1979-cu il təvəllüdlü Mişkin Ukrayna, Dnestryanı və Qərbi Avropada keçirilən xüsusi əməliyyatlarda iştirak edib.