11 Oktyabr 2018 23:44
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ciddi maliyyə çatışmazlığı ilə üzləşmiş Ermənistan riskləri aradan qaldırmaq üçün müdafiəsiz olan ölkələrin siyahısında birinci yerdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Moody's” Reytinq Agentliyinin hesabatında yer alıb.

Ermənistanı siyahının ilk iki pilləsində Şri Lanka və Pakistan izləyir.

Hesabatda bildirilir ki, iqtisadiyyat və maliyyə sektorunda ciddi böhran yaşayan Ermənistan problemləri aradan qaldırmaq üçün riskləri yenidən maliyyələşdirmək məcburiyyəti ilə üzləşir. Lakin agentlik bu məsələdə də valyuta ehtiyatları məhdud olan ölkənin müdafiəsiz olduğunu qeyd edir.
“Moody's”-ın analitiki Metyu Sirk yazır: “2019 və 2020-ci illərdə beynəlxalq suveren istiqrazlar geri alınacaq. Çünki Ermənistan, Şri Lanka və Pakistan hökumətləri daha bahalı borc maliyyələşməsinə məruz qalacaq. Borc yükünü artırmaq isə xüsusilə yerli valyutaların dəyərsizləşməsinə səbəb ola bilər”.

“Moody's” hesab edir ki, kənardan kapital axınının kəskin azalmasına görə xərclər artacaq ki, bu da hökumətlərin xarici borc asılılığının artmasına gətirib çıxaracaq.

Bu, hər 3 ölkənin kredit reytinqlərinə kölgə sala bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər