Güney Azərbaycanın Ərdəbil şəhərində intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, N.Ahəni adlı 30 yaşlı azərbaycanlı gənc intihar edərək həyatına son qoyub.
O, evlərinin həyətində özünü asaraq canına qəsd edib.
Mərhumun yaxınları onun yoxsulluq və həyat yoldaşından boşanması ilə əlaqədar intihar etdiyini deyirlər.
Qeyd edək ki, İranda baş verən sosial-iqtisadi böhran dönəmində intihar hallarının sayı kəskin artıb. Artıq sosial partlayış həddinə gələn böhrana etiraz olaraq, İran və Güney Azərbaycanın 50-dən çox şəhərində tətil elan edilib.