ABŞ Prezidenti Donald Tramp dünən Türkiyədə azadlığa buraxılan keşiş Endryu Baransonu Oval ofisdə qəbul edəcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti rahibin sərbəst buraxılmasının sevindirici olduğunu söyləyib.
O, Endryu Bransonun şənbə günü Ağ Evdə qəbul olunacağını bildirib: “Bunun heç bir şeylə əlaqəsi yoxdur, hər hansı razılaşmamız yoxdur”.
Xatırladaq ki, Türkiyədə casusluqda ittiham olunaraq həbs edilmiş ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxılandan sonra vətəninə yola düşüb.