ABŞ Prezidenti Donald Trampın Türkiyədə azadlığa buraxılan keşiş Endryu Bransonla bağlı atdığı tvitə “Vaşinqton Post”un itkin düşmüş səudiyyəli yazarı Camal Qaşıqçının nişanlısı sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Bransonun sərbəst buraxılmasından sonra Trampın bu istiqamətdə gərgin iş aparıldığına dair paylaşımına Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz “Bəs Camal Qaşıqçı üçün nə edirsən” sualını ünvanlayıb.
Qeyd edək ki, ABŞ prezidenti daha öncə Camal Qaşıqçı ilə bağlı yaranmış situasiya ilə əlaqədar fəaliyyət göstərəcəklərini söyləmişdi.
Müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.