Hazırda Beynəlxalq Kosmik Stansiyanın ekipajı ilə birlikdə orbitdə olan kosmonavt Sergey Prokopev "Soyuz" raket daşıyıcısının qəzaya uğramasını əks etdirən fotonu İnistagramda paylaşıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, "Soyuz" raket daşıyıcısı rusiyalı Aleksey Ovçinin və amerikalı Nik Heyqi stansiyaya çatdırmalı idi.
Prokopyev qəzanın görüntülərinin "Soyuz MS-10" atmosferdən çıxarkən və Beynəlxalq Kosmik Stansiyadan görünərkən "Günbəz" modulundan lentə alındığını bildirib.
"Raket-daşıyıcıdan ayrılmanın baş verdiyi göründü, sonra gəmi ilə vizual əlaqə kəsildi. Buna görə çox məyus olduq, lakin əsas odur ki, həmkarlarımız sağ- salamatdırlar", - kosmonavt yazıb.