CNN telekanalı Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçının öldürüldüyünü və cəsədinin hissələrə ayrıldığını iddia edib.
Teleqraf.com-un məlumatına görə, CNN İnternəşnl məlumatı türkiyəli rəsmiyə istinadla yayıb.
"Əl-Cəzirə" telekanalı isə Camal Qaşıqçının cəsədinin pataloji anatomiya mütəxəssisi Salah Məhəmməd əl-Tubaigi tərəfindən hissələrə bölündüyünü açıqlayıb. Prosesin 7 dəqiqə çəkdiyini qeyd edən telekanal vurğulayıb ki, Salah Məhəmməd əl-Tubaigi yanındakı şəxslərə musiqiyə qulaq asmağı tövsiyə edib.