17 Oktyabr 2018 12:39
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əhalisi İranın Nazirlər Kabinetində türkləri də görmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz, Tufarqan və Üskü şəhərlərinin İran parlamentindəki millət vəkili Zəhra Sai deyib.

Millət vəkili İran hökumətinə Nazirlər Kabineti üçün türk namizədlərin təklif edildiyini bildirib:

“Bu barədə prezidentə də demişik. Hesab edirik ki, İran prezidenti bu məsələni diqqətdə saxlamalıdır. Bu bölgədən olan çoxlu qabiliyyətli və bacarıqlı insanlar var, prezident özü də onları yaxşı tanıyır. Həmin şəxslər nazir postunda fəaliyyət göstərə bilərlər. Hesab edirəm ki, hər iki seçkidə Həsən Ruhaniyə dəstək verən Azərbaycan əhalisinin bu tələbi təmin olunmalıdır”.

Zəhra Sai nazir postlarından ən az birinə qadın namizədin gətirilməsinin də vacib olduğunu bildirib:

“Nazir postları üçün prezident tərəfindən parlamentə təqdim olunacaq namizədlər arasında ən az bir qadın namizəd görmək istəyirik. Lakin ehtimal olunan namizədlər arasında bu məsələnin nəzərdə tutulmadığı görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər