Səudiyyə Ərəbistanı konsulluğunda jurnalist Camal Qaşıqçı ilə bağlı gecə başlayan ikinci araşdırma səhər saat 05:00-da başa çatıb.
Teleqraf.com xəbər verir ki, konsulluqdan çıxan türk mütəxəssislərinin fotoları yayılıb.
Fotolarda bəzi kriminalistlərin üzərində qan ləkələrinin olduğu diqqəti çəkib.
5 saat sürən araşdırmadan sonra türk mütəxəssisləri konsulluq binasını topladıqları dəlillərlə tərk ediblər.
Yerli medianın bildirdiyinə görə, mütəxəssislər konsulluqdan çıxarkən kifayət qədər dəlillər topladıqları əllərindəki qara torbalardan aydın olub. Konsulluğa aid avtomobillər tək-tək araşdırılıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Qərb mənbələri onun işgəncə ilə öldürüldüyü və cəsədinin elektrik mişarı ilə doğrandığını bildirir.