Son altı ayda qaçaqmalçılıqla bağlı aşkarlanan hallar artıb. Bu da ölkə səviyyəsində iqtisadi cinayət hallarının artması ehtimalını gücləndirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın İstehsalçılar və İstehlakçılara Dəstək Təşkilatının (Consumers & Producers Protection Organization) sözçüsü Qulamrza Kavə deyib.
Onun sözlərinə görə, 6 ayda qaçaqmalçılıq halları ötən ilin analoji dövrü ilə müqayisədə 24,70 %-dən çox artıb. Ötən il məhsul qaçaqmalçılığı haqda 330 mindən çox hal araşdırılıb. Bu araşdırmalar nəticəsində təxminən 14 milyon dollar dəyərində qaçaqmalçılıqla bağlı 11.263 hal aşkarlanıb və aidiyyəti orqanlara göndərilib.