2045-ci ildən gəldiyini söyləyən kişinin sözləri sosial mediada böyük əks-səda yaradıb.
Teleqraf.com xəbər verir ki, zaman yolcusu olduğunu idda edən şəxs süni ağlın höküməti idarə edəcəyini və gələcəkdə dövlətlərin olmayacağını deyib.
Kim olduğunu açıqlamayan zaman yolçusu yad planetlilər tərəfindən zaman maşınının ixtira edildiyini və bunun insanlardan gizlədildiyini, amma 2028 ci ildə açıqlanacağını bildirib.
O deyib ki, gələcək düşündüyünüz qədər pis deyil, amma olduğumuz zamandan çox fərqlidir.
Qeyd edək ki, iddalarını sübut etmək üçün o, mobil telefonundakı uçan maşınları və nəhəng şəhərləri göstərən videonu paylaşıb.