ABŞ Dövlət Departamenti İngiltərəyə 3,5 milyard dollarlıq 16 H-47 helikopter satışına dair sənədi təsdiq edib.
Teleqraf.com xəbər verir ki, Pentaqon helikopterlərin satışına icazə verildiyini elan edib.
Müdafiə, Təhlükəsizlik Əməkdaşlıq Agentliyi bu satış mövzusunda Konqresi bu gün məlumatlandıracaq.
Açıqlamada bu silah satışının bölgədə hərbi şəraiti dəyişməyəcəyi də qeyd olunur.
Xatırladaq ki, 2018-ci il ərzində ABŞ İngiltərəyə 1,31 milyard dollarlıq hərbi texnika satıb.