Səudiyyə Ərəbistanı dövlət səviyyəsində məşhur jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda öldürüldüyünü etiraf etməsindən sonra bir sıra ölkələr onunla əlaqələrinə yenidən baxır. Ərəb ölkələrinin mövqeyi isə maraq doğurur.
Teleqraf.com xəbər verir ki, artıq ərəb dövlətləri Səudiyyə Ərəbistanını dəstəklədiyini bəyan edir.
Fələstin dövlət başçısı Mahmud Abbas: “Kral Salman və şahzadə Məhəmməd bin Salmana tam inanırıq. Fələstin Səudiyyə Ərəbistanının yanındadır və bu mövqeyini davam etdirəcək”.
Birləşmiş Ərəb Əmirlikləri: “Səudiyyə Ərəbistanının aşağılayan cəhdlər bunu edənlər üçün qorxunc nəticələr yaradacaq”.
Livan baş naziri Saad Həriri: “Səudiyyə Ərəbistanını hədəfə alanlar bölgədə sabitliyə təhdid yaradır və regionu daha pis nöqtəyə sürükləyirlər”.
Misir: “Bunun Səudiyyə Ərəbistanına qarşı siyasi məqsədlərlə istifadə edilməsinə qarşıyıq. Səudiyyə Ərəbistanın yanındayıq. Şəffaf araşdırmaya tərəfdarıq”.
İordaniya: “Səudiyyə Ərəbistanı bölgədə və dünyada təhlükəsizlik, sabitlik və sülh yaratmaqda, iqtisadi işbirliyi sahəsində lider rolunu oynayır. İordaniya dedi-qodulara qarşı Kral Salmanın yanındadır”.
Küveyt: “Qaşıqçı məsələsi ilə əlaqədar Səudiyyə Ərəbistanına istiqamətlənən ittihamlara və həmlələrə qarşıyıq”.
Bəhreyn: “Məqsəd həqiqətləri ortaya çıxarmaq deyil, Səudiyyə Ərəbistanına ləkə atmaqdır. Bədənimiz və ruhumuzla Kralın yanındayıq”.
Ərəb dünyasında istisna mövqe ifadə edən yeganə ölkə isə Qətər Əmirliyidir.
Qətərin qurduğu Əl-Cəzirə telekanalı Qaşıqçı ilə bağlı hadisədə əsl həqiqətin ortaya çıxması üçün cəhdlər göstərib.