20 Oktyabr 2018 23:12
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəməşqi ziyarət edən Rusiya nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsədlə ölkədəki vəziyyətlə bağlı prosesləri və terrorla mübarizəni müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə ötən gün Suriyaya səfər edən rusiyalı rəsmilərlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumatda qeyd edilir ki, terrorçuların varlığına son qoyulması və bütün suriyalıların maraqları istiqamətində uzunmüddətli siyasi həll yolu üçün qətiyyətli addımların atılması gündəmə gətirilib.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Xarici İşlər nazirinin müavini Sergey Verşinlə görüşüb.


Müəllif: Teleqraf.com