Nigeriyanın Kaduna ştatında xristianlar və müsəlmanlar arasında baş verən qarşıdurmada 55 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə yayılan məlumatları Niger prezidentinin sözçüsü Məhəmməd Buxari də təsdiq edib.
Hadisənin Kasıvan Maqani şəhərində yerləşən bazarlardan birində dini mübahisə zəminində baş verdiyi bildirilir.
Hadisə zamanı 22 nəfər saxlanılsa da, olayın hansı səbəbdən baş verdiyi rəsmi təsdiqini tapmayıb.