21 Oktyabr 2018 22:17
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədlərindəki sakitlik Ermənistan və Azərbaycan rəhbərləri arasında Düşənbədə keçirilmiş görüşün nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “mətbuat katibi” Tiqran Abramyan deyib.

T.Abramyan Baş nazir Nikol Paşinyanın təmas xəttindəki vəziyyətlə bağlı səsləndirdiyi fikirləri şərh edib.

“Mümkündür ki, cəbhə xəttindəki sakitlik İlham Əliyev və Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə edilmiş anlaşmanın nəticəsidir. Hesab etmək olar ki, snyayperlər və iriçaplı silahların susması da buradan qaynaqlanır. Lakin gözləmək lazımdır”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan təmas xəttində indiyədək misli görülməmiş sakitliyin hökm sürdüyünü deyib.

O, cəbhə xəttində yaranmış sakitliyin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə (Tacikistan) keçirdiyi görüşdən qaynaqlandığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu