Şahzadə Harri və Meqan Markle uşaq gözlədiklərini elan etdikdən sonra Avstriya gəzintisinə çıxıblar.
Teleqraf.com xəbər verir ki, Avstriya ziyarətində şahzadə Harrinin barmağından çıxarmadığı üzüyü diqqət çəkib. Nəhayət, üzüyün son texnoloji xüsusiyyətə malik olduğu anlaşılıb. Belə ki üzük bir proqramla cib telefonuna bağlanır və gündəlik fəaliyyətləri, fitnes hərəkətləri yaddaşına köçürür.
Üzük həm də günlük yuxunu tənzimləmə xüsusiyyətinə malikdir.
Qeyd edək ki, cütlüyün birlikdə çıxdığı ən böyük gəzinti olan bu ziyarət ayın sonuna qədər davam edəcək.