ABŞ-ın Ortamənzilli Nüvə Qüvvələri anlaşmasından çıxmağa yönəlik cəhdləri silahsızlandırma siyasətini alt-üst edir.
Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin keçmiş lideri Mixail Qorbaçov deyib. O, Trampın bu anlaşma ilə bağlı açıqlamasını olduqca qəribə adlandırıb:
“Keçmişdə imzalanan silahsızlandırma anlaşmaları qətiyyən ləğv edilməməlidir. Bu razılaşmadan imtina etmək, xalq arasında deyildiyi kimi, “üstün ağlın məhsulu” sayılmamalıdır. Bunu anlamaq o qədər çətindir?!”
Qeyd edək ki, sözügedən razılaşma 1987-ci ildə 8 dekabrda SSRİ-nin keçmiş rəhbəri M.Qorbaçov və ABŞ sabiq prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdır.
Hazırki amerikalı lideri Donald Tramp isə ölkəsinin bu anlaşmadan çıxacağını bildirir.