24 Oktyabr 2018 08:44
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya Müharibəsi zamanı nasistləri atom bombası əldə etmək planından imtinaya məcbur edən və bu məqsədlə sabotajlar həyata keçirən Joaxim Ronnenberq 99 yaşında vəfat edib.

Teleqraf.com xatırladır ki, Ronnenberq 1943-cü ildə Norveçin cənubunda Telemark bölgəsində çox güclü mühafizə edilən Norsk Hydro stansiyasında həyata keçirilən məxfi əməliyyata rəhbərlik edib.
2013-cü ildə BBC radiosuna danışan Ronnenberq bildirib ki, həyata keçirdiyi əməliyyatın əhəmiyyətini 1945-ci ildə amerikalılar Xirosima və Naqasakiyə atom bombası atdıqda fərq edib.
Qeyd edək ki, Ronnenberq müharibə başa çatdıqdan sonra qəzetçi kimi çalışıb və müharibənin təhlükələri mövzusunda onlarla məqalələr yazıb.

1919-cu ildə Norveçin Alesund kəndində doğulan Ronnenberq 1940-cı ildə nasist işğalından sonra qayıqla İsveçrəyə qaçıb. Daha sonra 8 dostu ilə Norveçə qayıdaraq nasistlərə qarşı vuruşmağa başlayıb. Bu zaman onun 19-20 yaşı olub.

Almaniya o dövrdə atom bombası əldə etmək məqsədilə ağır hidrogenli suya ehtiyac duyurmuş. Bu ehtiyacı ödəmək üçün nasistlər Telemarik bölgəsində stansiyası qurublar. Almanlar üçün nüvə silahına malik olmağın yeganə ümid yeri də bu obyekt olub.

Ronnenberq 5 nəfərlik qrup yaradıb və Gunnerside adlı əməliyyat hazırlayıb. Qrup 1943-cü ildə əməliyyata başlayıb. Onlar paraşütla əraziyə düşüblər, daha sonra stansiyaya gedən dəmir yollarına partlayıcı yerləşdiriblər. Partlayışdan sonra qrup 320 kilometr məsafə qət edərək İsveçrəyə keçə bilib. Onları haradasa 3 minə qədər alman əsgəri təqib edib. Bu əməliyyatdan sonra ərazini ABŞ qırıcıları bombalayıb. Nəticədə nasistlər nüvə silahı həvəsindən vaz keçməyə məcbur olub.
Beləcə Gunnerside əməliyyatı II Dünya Müharibəsinin əm uğurlu sabotajı olaraq tarixə düşüb.



Müəllif: Cavad

Oxşar xəbərlər