ABŞ-ın birinci xanımı Melaniya Tramp sabiq prezidentlər Bill Klinton və Barak Obama, keçmiş Dövlət katibi Hillari Klintona içərisində partlayıcı maddə olan bağlama göndərilməsi faktını pisləyib.
Teleqraf.com xəbər verir ki, Melaniya Tramp sabiq rəhbərlərə qarşı hücuma tolerant yanaşmadığını deyib.
"Biz sabiq dövlət katibi Klinton, keçmiş prezident Obama, hökumət rəsmiləri, sadə insanlar və təşkilatlara qarşı hücuma tolerant ola bilmərik. Zorakılığı seçənləri şiddətlə qınayıram", - deyə birinci xanım vurğulayıb.